Makron Bayrunun istefasını qəbul etdi
Fransa Prezidenti Emmanuel Makron hökumətin dünən Milli Məclisdə keçirilən etimadsızlıq səsverməsindən keçə bilməyərək devrilən baş nazir Fransua Bayrunun istefasını təsdiqləyib.
Baş nazir Bayru Yelisey sarayında prezident Makrona istefasını təqdim edib.
Makron dünən Milli Məclisdə keçirilən səsvermədə 364 deputatın etimadsızlıq, 194 deputatın isə hökuməti dəstəkləyən səs verməsi nəticəsində baş nazir Bayrunun istefasını qəbul edib.
Bayru bəyan etmişdi ki, bəzi rəsmi bayramların ləğvi ilə 43 milyard avro civarında qənaət nəzərdə tutan və Fransızlar tərəfindən tənqid olunan 2026-cı il büdcəsi müzakirəsi öncəsi hökuməti etimad səsverməsinə çıxaracaq.
Dünən keçirilən səsvermədə Fransua Bayru hökuməti etimad səsverməsini ala bilməyərək devrilib. Səsvermədə 194 deputat Bayru hökumətini dəstəkləmiş, 364 deputat etimadsızlıq səsi vermiş, 15 deputat isə bitərəf qalmışdı.
