Britaniya Azərbaycan və Ermənistana qoyduğu silah embarqosunu aradan qaldırır


Böyük Britaniya Azərbaycan və Ermənistana silah tədarükünə qoyulan embarqonu tamamilə aradan qaldırır.

AFN.az xəbər verir ki, bu barədə məlumat Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin Britaniya parlamentinin saytında yerləşdirilən yazılı açıqlamasında əksini tapıb.

Açıqlamada bildirilir ki, sülh prosesində əldə olunan irəliləyiş və bu ilin avqustunda Vaşinqtonda keçirilən sammitin tarixi nəticələri nəzərə alınaraq, Böyük Britaniya ATƏT-in 1992-ci ildə tərəflərə silah və sursat satışının dayandırılması barədə verdiyi tövsiyənin artıq aktuallığını itirdiyini hesab edir.

“Bu səbəbdən Böyük Britaniya Ermənistan və Azərbaycana qarşı tətbiq olunan silah embarqosunu tam şəkildə ləğv edir. Qərar Londona təhlükəsizlik və müdafiə istiqamətində hər iki ölkə ilə əməkdaşlıq münasibətlərini genişləndirməyə şərait yaradacaq”, – deyə bəyanatda vurğulanıb.

Eyni zamanda qeyd olunub ki, hər iki ölkəyə ixrac və ticarət lisenziyaları üzrə müraciətlər bundan sonra da Böyük Britaniyanın strateji ixrac siyasətində mövcud olan ciddi meyarlar əsasında fərdi qaydada qiymətləndiriləcək.

Həm Azərbaycandakı, həm də Ermənistandakı regional və daxili təhlükəsizlik vəziyyətini diqqətlə izləməyə davam edəcəyik” - deyə Stiven Dautin bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu