Azərbaycan və İran arasında yük daşımaları bərpa olundu
Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) 2026-cı il 9 mart saat 10:00-dan etibarən bərpa olunub.
Qeyd edək ki, bu qərar iki ölkə arasındakı ticaret dövriyyəsinin və tranzit potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Yük daşımalarının bərpası logistik marşrutların effektivliyini artıracaqdır.





