ABŞ-da baxımsızlıq ucbatından onlarla ərincək tələf olub


Florida ştatının Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının hesabatına görə, Qayana və Perudan ABŞ-a gətirilən 30-dan çox ərincək lazımi saxlama şəraiti olmadığı üçün tələf olub.

AFN.az xəbər verir ki, hadisə Orlando şəhərindəki əyləncə mərkəzlərindən biri üçün alınan heyvanların yerləşdirildiyi anbarda baş verib.

Hesabatda qeyd olunur ki, 2024-cü ilin dekabrından 2025-ci ilin fevralınadək gətirilən bu heyvanların saxlandığı bina Floridanın soyuq hava şəraitinə uyğun hazırlanmayıb. Hətta binada elektrik enerjisi və su təchizatı da olmayıb. Nəticədə Qayanadan gətirilən 21 heyvan donma (həddindən artıq soyuma) səbəbindən ölüb.

Digər 8 heyvanın aclıqdan və üzülmədən, 2-nin isə daşınma zamanı öldüyü bildirilir. Müstəntiqlər qeyd edirlər ki, tropik iqlimə alışmış bu canlılar üçün minimum həyati təminatlar belə yaradılmayıb.

Faktla bağlı araşdırmalar davam edir və məsul şəxslərin heyvanlara qarşı qəddar rəftar maddəsi ilə ittiham olunacağı gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu