Niderlandda anomal istilər zamanı 900-dən çox artıq ölüm qeydə alınıb


Niderlandda anomal isti hava dalğası başa çatdıqdan sonra da ölkədə yüksək ölüm səviyyəsi qeydə alınmağa davam edir. Son iki həftə ərzində faktiki və gözlənilən ölüm halları arasındakı fərq (artıq ölüm) təxminən 911 nəfərə çatıb.

AFN.az xəbər verir ki, bu barədə ölkənin Kral İctimai Səhiyyə və Ətraf Mühit İnstitutu (RIVM) məlumat yayıb.

Rəsmi statistikaya əsasən, iyunun 29-dan iyulun 5-nə qədər olan dövrdə ölkədə gözlənilən orta səviyyədən 325 nəfər daha çox ölüm halı qeydə alınıb. İyunun 22-dən 28-nə qədər olan ən isti həftədə isə bu göstərici 586 təşkil edib. RIVM rəsmiləri dəqiq ölüm səbəblərinin hələlik tam müəyyənləşdirilmədiyini, lakin kəskin istilərin bura təsirinin "çox yüksək ehtimallı" olduğunu vurğulayıblar. İzafi ölüm halları Niderlandın bütün regionlarında, xüsusən də temperaturun ən yüksək həddə çatdığı cənub və şərq bölgələrində müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, anomal istilər ilk növbədə 80 və daha yuxarı yaşda olan insanlara ciddi təsir göstərib. Həkimlər bunu "gecikmiş təsir effekti" ilə izah edirlər; yəni yüksək temperatur dövrü başa çatdıqdan sonra da orqanizmin həddindən artıq qızmasının fəsadları səbəbindən zəif və xroniki xəstəlikləri olan şəxslərin ölümü davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu