İntihar deyilmiş, öldürülübmüş...


Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.

AFN.az xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.

A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu