Belçikada isti hava dalğaları zamanı gözləniləndən 2935 daha çox ölüm qeydə alınıb



Belçikada yay aylarında təsirli olan isti hava dalğaları zamanı gözləniləndən 2 935 daha çox ölüm qeydə alınıb.

AFN.az xəbər verir ki, Belçikanın İctimai Sağlamlıq İnstitutu (Sciensano) ölkədə yay aylarında isti hava dövrlərində qeydə alınan ölüm halları ilə bağlı məlumatları yayımlayıb.

Məlumatlara görə, iyunun 18-dən iyulun 3-dək davam edən isti hava dalğası zamanı ölkədə gözləniləndən 2 035 daha çox ölüm baş verib. Bu dövrdə ölüm nisbəti gözlənilən səviyyədən 48,8 faiz yüksək olub.

Ölkədə iyulun 4-dən 17-dək davam edən ikinci isti hava dalğası zamanı isə gözləniləndən 535 daha çox ölüm qeydə alınıb. Ölüm nisbəti gözlənilən səviyyəni 14,8 faiz üstələyib.

İyulun 28-dən avqustun 16-dək üçüncü isti hava dalğasının yaşandığı dövrdə də gözləniləndən 365 daha çox ölüm baş verib. Bu dövrdə ölüm nisbəti gözlənilən səviyyədən 7 faiz yüksək olub.

Beləliklə, Belçikada yay aylarında isti hava dövrlərində qeydə alınan artıq ölüm sayı 2 935-ə çatıb.

Belçikada iyunun 27-si 641 ölümlə yay dövründə ən çox insanın həyatını itirdiyi gün olub. Həmin tarixdə ölüm sayı gözlənilən səviyyədən 146,5 faiz yüksək olub.

Sciensano artıq ölüm sayını faktiki ölüm sayı ilə əvvəlki 5 ilin məlumatları əsasında hesablanan gözlənilən ölüm sayını müqayisə etməklə müəyyənləşdirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu