Məşhur türk aktyor evində ölü tapıldı


Türkiyənin İstanbul vilayətində məşhur aktyor Serhat Mustafa Kılıç evində ölü tapılıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Aktyordan cümə axşamından etibarən xəbər almaq mümkün olmadığı, daha sonra onun evində hərəkətsiz vəziyyətdə aşkarlandığı bildirilir.

Hadisə yerinə polis və tibbi yardım briqadaları cəlb olunub. Tibbi müayinə zamanı aktyorun öldüyü müəyyən edilib.

Qeyd edək ki, Serhat Mustafa Kılıç limfa xərçəngindən əziyyət çəkirdi.

Faktla bağlı araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu