Belçikada həbsxana əməkdaşları 5 günlük tətilə başladı



Belçikada həbsxana əməkdaşları həddindən artıq doluluğa, işçi çatışmazlığına və təhlükəsizlik problemlərinə etiraz olaraq 5 günlük tətilə başlayıb.

AFN.az xəbər verir ki, müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə Belçikada həbsxana əməkdaşlarının dünən axşam başlatdığı tətil 11 sentyabr axşamına qədər davam edəcək.

Tətil çərçivəsində ölkədəki bütün həbsxanalarda məhbuslara yalnız təhlükəsizlik, yeməklərin paylanması və səhiyyə xidmətləri kimi əsas xidmətlər göstəriləcək.

Minimum xidmətləri təmin edəcək kifayət qədər əməkdaşın olmaması halında bəzi həbsxana işçiləri məcburi qaydada işə cəlb oluna biləcək.

Həmkarlar ittifaqları həbsxanalardakı həddindən artıq doluluğun azaldılmasını, işçi çatışmazlığının aradan qaldırılmasını, əməkdaşların yığılıb qalan məzuniyyət günlərindən qısa müddətdə istifadə etməsinə şərait yaradılmasını, yetərsiz və köhnəlmiş infrastrukturun yaxşılaşdırılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu