Brüsseldə tələbələr təhsil haqlarının artırılmasına etiraz ediblər



Belçikanın paytaxtı Brüsseldə minlərlə tələbə universitet qeydiyyat haqlarının artırılmasına və ali təhsildə tətbiq olunan akademik tələblərin sərtləşdirilməsinə etiraz edib.

AFN.az xəbər verir ki, Belçikada fransız dilində təhsil verən universitet və ali məktəb tələbələrini təmsil edən FEF-in çağırışı ilə 5 minə yaxın universitet tələbəsi Brüssel Mərkəzi Dəmiryol Vağzalının qarşısında toplaşıb.

Ali təhsil siyasətinə etiraz edən tələbələr əsas yollardan keçərək Valoniya-Brüssel Federasiyası hökumətinin binasının qarşısına qədər yürüş ediblər.

Tələbələr universitet və ali məktəblərdə illik tam qeydiyyat haqqının 835 avrodan 1194 avroya qaldırılmasına qarşı çıxıblar.

Onlar həmçinin tələbələrin təhsillərini müəyyən müddət ərzində başa çatdırmasını tələb edən akademik şərtlərin sərtləşdirilməsinə etiraz ediblər.

Tələbələr həmçininyaşayış, nəqliyyat, qidalanma və dərs materiallarının qiymətlərinin artmasına da etiraz ediblər.

Təhsil həmkarlar ittifaqları və bəzi müəllim qrupları da tələbələrin aksiyasına dəstək verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu