Azərbaycanlı hakim Avropa kubokunun görüşlərini idarə edib
Rusiyanın Orenburq şəhərində kişi və qadın cüdoçular arasında keçirilmiş Avropa kubokunu idarə edən hakimlər arasında Azərbaycan təmsilçisi də olub.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov yarışda ədaləti qoruyub.
Qitə kuboku turnirində 14 ölkədən 198 cüdoqi ustası qüvvəsini sınayıb.