Hindistanda "Biparjoy" siklonu onlarla insanın həyatına son qoyub


Dünən gecə Hindistanın Qucarat ştatını vuran “Biparjoy” qasırğası nəticəsində ən azı iki nəfər ölüb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, təxminən 39 m/s-ə çatan küləyin əsməsi nəticəsində ağaclar aşıb, damlar uçub. Hadisə zamanı ən azı 22 qurbanın olması barədə məlumatlar var.

Ərəb dənizi üzərindən 10 gündən çox hərəkət etdikdən sonra "Biparjoy" siklonu cümə axşamı axşam Qucaratdakı Cakhau limanı yaxınlığında quruya düşüb. Dövlət rəsmilərinin ilkin məlumatına görə, külək Qucaratda 524-dən çox ağacı və elektrik dirəyini yıxıb, təxminən 940 kəndin elektrik enerjisini kəsib. Yaşayış binalarına ziyan dəydiyi bildirilir. Hazırda səlahiyyətlilər itkilər və dağıntılar barədə məlumat toplayır.

Hindistanın Meteorologiya İdarəsi bildirir ki, siklon dənizdən quruya doğru hərəkət edib və tədricən gücünü itirərək Racastan ştatına doğru irəliləyir. Səhər küləyin sürəti 30-32 m/s-dək azalıb. "Biparjoy" siklonu bu il regionda ilk güclü siklondur. Yaxınlaşdıqca səlahiyyətlilər 100 minə yaxın insanı sahil zonasından təhlükəsiz yerlərə təxliyə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu