Çinli diplomat ABŞ-ı Yaponiya və Cənubi Koreya ilə gərginliyi artırmaqda ittiham etdi


Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi ABŞ-ı Yaponiya ilə Cənubi Koreya və Çin arasında gərginliyi artırmaqda ittiham edib və bu iki ölkəyə Vaşinqtonla münasibətləri barədə xəbərdarlıq edib.


South China Morning Post qəzetinin xəbərinə görə, bu barədə Vanq Çin, Yaponiya və Cənubi Koreya arasında Qingdao şəhərində keçirilən üçtərəfli forumda çıxış edib.

İştirakçılara "üç ölkə arasında yenidən başlamağın vaxtıdır" deyən Vanq, ABŞ-a işarə edərək, "Bölgə xaricində mühüm bir güc üç qonşu arasında gərginlik və qarşıdurma yaymağa çalışır" ifadəsini işlədib.

"Asiya bizim ümumi vətənimizdir, biz qonşuyuq və heç yerə getmirik", - Vanq Tokio və Seul hökumətlərini Pekin ilə əməkdaşlığı artırmağa dəvət edib.

Yaponiya və Cənubi Koreyaya ABŞ-la münasibətləri ilə bağlı xəbərdarlıq edən Vanq, "Yaponiya və Cənubi Koreyanın dünyanın digər ölkələri ilə əlaqələrinin inkişafına hörmətlə yanaşırıq, lakin bu əlaqələr qonşularınızın inkişafına xələl gətirmək üçün istifadə edilməməlidir" deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu