Kosmik tullantılarla mübarizə qaydalarını pozduğuna görə peyk şirkəti cərimə edilib


ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) dünən elan edib ki, kosmik zibillə mübarizə qaydasını pozan peyk şirkətinə ilk cərimə edilib. FCC 150 min dollar cərimə kəsildiyini açıqlayıb.


Komissiya missiyasını tamamlayan "EchoStar-7" peykinin şirkət tərəfindən lisenziya şərtlərinin tələb etdiyi yüksəkliyin çox altında bir orbitə göndərildiyini və bu alçaq hündürlüyün orbital dağıntı riski yaratdığını bildirib.

DISH şirkəti "EchoStar-7" peykini 2002-ci ildə orbitə çıxarıb.

Daha sonra DISH-in təqdim etdiyi və Komissiya tərəfindən 2012-ci ildə təsdiq edilən orbital dağıntıların azaldılması planı ilə hər şey yaxşı getsə də, 2022-ci ilin fevralında peykdə çox az yanacaq qaldığı müəyyən edilib.

Bu o demək idi ki, o, lisenziyasındakı orijinal orbital zibilin azaldılması planına əməl edə bilməz.

1950-ci illərdə kosmos əsrinin başlanğıcından bəri kosmosa minlərlə raket və peyk buraxılıb.

Hazırda Yer kürəsinin ətrafında fırlanan minlərlə ölü (istismardan çıxmış və ya sınıq) peyklər, eləcə də illər ərzində atılan bütün raketlərin zibil parçaları var.

Bu kosmik zibil Yer orbitində toqquşma riskini artırmağa başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu