Bolqarıstanda rus əsgərlərinə hərbi yardım göndərən 12 nəfər saxlanılıb


Bolqarıstan Dövlət Milli Təhlükəsizlik Agentliyi (DANS) Ukraynada rus əsgərlərinə hərbi yardım göndərdiyi iddiası ilə 12 nəfərin saxlanıldığını açıqlayıb.


Qurumun yaydığı açıqlamada müxtəlif ünvanlarda saxlanılanlardan 3-nün Rusiya, birinin Albaniya, birinin Belarus, digərlərinin isə Bolqarıstan vətəndaşları olduğu bildirilib.

DANS-ın baş direktoru Plamen Tonçev bildirib ki, Plovdiv şəhərində cəbhə şirkəti yaradan şəxslər durbin, ballistik ölçü alətləri, aviasiya radioları kimi müxtəlif materialları toplayıb, yenidən qablaşdıraraq yüklə Rusiyaya göndəriblər.

Təxminən 2 milyon avro dəyərində olan materialın Ukraynada döyüşən “Rosqvardiya” kimi tanınan 26-cı Xüsusi Əməliyyat Qrupu və “Vaqner” bölmələri tərəfindən götürüldüyü açıqlanıb.

Açıqlamada Rusiya-Ukrayna müharibəsi başlayandan bəri saxlanılanların Plovdiv, Varna və Veliko Tırnovo şəhərləri ilə yanaşı, paytaxt Sofiyada da aktiv olduqları bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu