BMT: "Qəzza zolağı yaşayış üçün yararsız hala düşüb"
BMT xəbərdarlıq edib ki, Qəzza zolağı 22.600-dən çox fələstinlinin öldürüldüyü və 58.000-ə yaxınının yaralandığı üç aylıq döyüşlərdən sonra yaşamaq üçün yararsız hala düşüb.
Bu barədə Əl-Cəzirə xəbər verib.
Mülki əhali münaqişənin ağır yükünü daşımaqda davam edir və BMT aclıq və xəstəlik yayıldıqca dərinləşən humanitar böhran barədə xəbərdarlıq edir.
Bunu BMT-nin humanitar məsələlər üzrə rəhbəri Martin Griffiths deyib.
BMT-nin uşaq agentliyi (UNICEF) xəbərdarlıq edib ki, toqquşmalar, qidalanma və səhiyyə xidmətlərinin çatışmazlığı Qəzzada 1,1 milyondan çox uşağı təhdid edən ölümcül dövrə yaradıb.