Bakıda Sağlamlıq Turizm ilə bağlı görüş keçrilib

"Doruk Sağlıq" qrupu İdarə Heyətinin üzvləri – "Doruk Sağlıq" qrupu qurucularından olan, AKP millət vəkili Mustafa Esgin, baş direktor Ayhan Kalyoncu və satış bazarlama direktoru Ş.Sinan Yalçın Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının idarə heyətinin dəvəti ilə ölkəmizdə iki günlük işgüzar səfərdə olublar.
Səfər çərçivəsində Azərbaycan sağlamlıq turizmi şirkət və quruluşları ilə "Doruk Sağlıq" qrupu nümayəndələrinin görüşü və Bursa Xəstəxana, Reabilitasiya və Termal Mərkəzlərinin təqdimatı həyata keçirilib.
Görüşdə Milli məclisin deputatları İlham Məmmədov, Vüqar Bayramov, Müşviq Məmmədli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov, "Skal İnternational Baku" Klubunun prezidenti Ceyhun Aşurov, ATAA-nın sədr müavini Əhməd Qurbanov, eləcə də Azərbaycanda fəaliyyət göstərən turizm və tibb müəsisələrinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev açıb. Natiq bildirib ki, tədbirin keçirilməsində məqsəd iki ölkə arasında sağlamlıq turizminin imkanlarının daha da geniş auditoriyada tanıdılması, eləcə də, geniş fəaliyyət istiqamətinə start verilməsidir.
"Doruk Sağlıq" qrupu qurucularından olan AKP millət vəkili Mustafa Esgin və baş direktor Ayhan Kalyoncu Bursanın turizm potensiali və "Doruk Sağlıq" qrupu haqqında iştirakçılara geniş məlumat verib, iki ölkə arasında sağlamlıq turizminin konkret inkşişav prespektivlərindən danışıblar.
Milli Məcilisin deputatları İlham Məmmədov, Vüqar Bayramov, Müşviq Məmmədli Azərbaycanın kurort potensialının böyük olduğunu, daxili turizmin inkişafı, müalicəvi turizm obyektlərinin dirçəldilməsi istiqamətində dövlət proqramına əsasən bir sıra tədbirlərin həyata keçirildiyini bildiriblər.