Almaniyada liseydə dostlarına bıçaqla hücum edən şagird tutuldu


Almaniyanın Vuppertal şəhərindəki Wilhelm-Dörpfeld liseyində dostlarına bıçaqla hücum edən şagird nəzarətə götürülüb.



Polisin Wilhelm-Dörpfeld Liseyində yerli vaxtla səhər saat 10 radələrində baş verən hadisə ilə bağlı verdiyi açıqlamaya görə, hücumda bəzi şagirdlər yaralanıb və hücumdan məsul olduğu düşünülən şübhəli saxlanılıb.

Yerli mətbuatda yer alan xəbərlərdə hadisə zamanı ən azı 4 nəfərin yaralandığı və müalicə olunduğu bildirilib, sinif yoldaşlarını yaralayan şübhəlinin xüsusi əməliyyat polisi tərəfindən yaxalandığı qeyd edilib.

Saxlanılan şübhəlinin də yaralandığı və xəstəxanada polis nəzarətində müalicə olunduğu açıqlanıb.

Xüsusi əməliyyat polisi məktəb ətrafında təhlükəsizlik tədbirləri görüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu