Ostin HƏMAS-ın Qəzzadakı ABŞ əsgərlərinə hücuma hazırlaşdığını düşünmür


"Mən HƏMAS-ın Qəzzada bizim əsgərlərimizə hücum etməyi planlaşdırdığına dair heç bir əlamət görmürəm".


AFN.az xəbər verir ki, bunu ABŞ-in müdafiə naziri Lloyd Ostin dünən Havayda keçirdiyi mətbuat konfransında jurnalistlərin HƏMAS-ın Qəzza sahillərində üzən limanlar tikən ABŞ əsgərlərini hədəf alacağına dair qəti məlumatın olub-olmadığı haqda sualına cavab verərkən deyib.

Kəşfiyyat məlumatlarını kürsüdə müzakirə etmədiyini vurğulayan Ostin HƏMAS-ın hazırda Qəzzada ABŞ əsgərlərinə hücum planlaşdırdığına dair heç bir işarə görmədiyini bildirib.

O, Qəzzanın münaqişə bölgəsi olduğunu vurğulayaraq, çox şeyin ola biləcəyini də qeyd edib. Qəzzadakı ABŞ əsgərlərinin bölgəyə güvən təmin etdiyinə diqqət çəkən ABŞ müdafiə naziri "Əsgərlərimizin etibarı və təhlükəsizliyi mənim üçün çox önəmlidir" - deyə vurğulayıb.

İsrailin Rəfaha gözlənilən quru hücumu ilə bağlı isə Lloyd Ostin qeyd edib ki, ABŞ İsrailə hər hansı bir tədbir görməzdən əvvəl münaqişə bölgəsindən mülki şəxslərin çıxarılmasının vacib olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu