BMT: Rəfahda işlək xəstəxana qalmayıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) Fələstin ərazilərindəki humanitar məsələlər üzrə koordinatoru Andrea de Domeniko Qəzzada vəziyyətin getdikcə pisləşdiyini və Rəfahda funksional xəstəxana qalmadığını bildirib.



OCHA koordinatoru Domeniko Qüdsdəki ofisindən onlayn olaraq qatıldığı mətbuat konfransında Qəzza hadisələri ilə bağlı son təəssüratlarını çatdırıb.

Domeniko "Qəzzanın mərkəzi bölgəsində xəstəxananın yenidən qurulması üçün böyük səylər var, lakin Rəfahda səhra xəstəxanalarından başqa daha funksional xəstəxana qalmayıb" deyib.

Bölgəyə dünyanın hər yerindən tibbi qruplar göndərildiyini bildirən Domeniko, bu həkimlərin yaralıları müalicə edəcək yer tapa bilməməsinin ürək parçalayıcı olduğunu vurğulayıb.

Andrea de Domeniko Qəzzada humanitar əməliyyatın işlək olub-olmaması ilə bağlı sualların olduğunu bildirsə də, indiki səlahiyyətləri çərçivəsində edə biləcəklərinin çox məhdud olduğunu qeyd edib.

Yaxın vaxtlara qədər Qəzzadakı BMT məktəblərində 600 mindən çox şagirdin təhsil aldığını xatırladan Domeniko qeyd edib ki, indi bu uşaqlara yerli qeyri-hökumət təşkilatlarının bəzi fəaliyyətləri istisna olmaqla heç bir təhsil verilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu