İsrailin Rumıniyadakı səfirliyinə molotof hücumu edilib


Rumıniyanın paytaxtı Buxarestdə İsrail səfirliyinə molotof kokteyli ilə hücum olub. Suriyalı olduğu iddia edilən şəxs saxlanılıb.



İsrail Xarici İşlər Nazirliyi bu gün verdiyi açıqlamada Rumıniyanın paytaxtı Buxarestdəki İsrail səfirliyinə molotof kokteyli atıldığını açıqlayıb.

Nazirlikdən bildirilib ki, hadisə nəticəsində tələfat və dağıntı olmayıb.

Bəyanatda deyilir ki, Rumıniya səlahiyyətliləri Suriya əsilli kimi xarakterizə etdiyi şübhəli şəxsi saxlayıblar.

Bildirilib ki, şübhəli şəxs təhlükəsizlik yoxlamasından keçərkən molotofu çıxararaq yandırıb və atıb.

Mənbə: Reuters



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu