HƏMAS: BMT-nin atəşkəs təklifini qəbul edirik
HƏMAS BMT Təhlükəsizlik Şurasının atəşkəs qərarını qəbul edib və təfərrüatlar üzrə danışıqlara hazırdır.
Bu barədə HƏMAS-ın rəsmisi Sami Əbu Zuhri bildirib.
Sami Əbu Zuhri Reuters-ə deyib ki, İsrailin bu qərara əməl etməsini təmin etmək Vaşinqtonun əlindədir.
Onun sözlərinə görə, HƏMAS BMT Təhlükəsizlik Şurasının atəşkəs, İsrail qoşunlarının çıxarılması və girovların İsrail tərəfindən saxlanılan məhbuslarla dəyişdirilməsi ilə bağlı qətnaməsini qəbul edib.
“ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrası vasitəsilə hücuma dərhal son qoymağa məcbur etmək öhdəliyini yerinə yetirməkdə əsl sınaq qarşısındadır”, - Əbu Zuhri bildirib.