Aİ ukraynalılarla bağlı direktivin müddətini uzatdı


Avropa İttifaqı (Aİ) müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Aİ-nin Müvəqqəti Mühafizə Direktivinin qüvvədə olma müddətini 2026-cı ilə qədər uzatmaq qərarına gəlib.



Bu barədə Belçikanın İmmiqrasiya və Sığınacaq üzrə Dövlət Naziri, Aİ-nin müvəqqəti prezidenti Nikol de Moor Aİ Daxili İşlər Nazirləri Toplantısından sonra təşkil edilən birgə mətbuat konfransında açıqlama verib.

Moor bildirib ki, qəbul edilən qərarla nazirlər Ukrayna ilə həmrəyliklərini davam etdirdiklərini göstəriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu