Putin: Qərbin oğurluğu cəzasız qalmayacaq
G7 liderlərinin Ukraynaya Rusiya aktivlərinin faizi ilə birlikdə 50 milyard dollar kredit ayırmaq qərarına reaksiya verən Putin bunun oğurluq olduğunu və cəzasız qalmayacağını bildirib.
Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiya aktivləri ilə bağlı qərarına sərt reaksiya verib.
Putin bu gün verdiyi açıqlamada Qərbin Rusiyanın suveren aktivlərini ələ keçirməsinin oğurluq olduğunu və bunun cəzasız qalmayacağını bildirib.
Putin həmçinin "Bizi İsveçrədəki konfransa dəvət etmədilər. Rusiyasız və bizimlə açıq və məsuliyyətli dialoq olmadan Ukrayna və Avropa təhlükəsizliyinə həll yolu tapmaq mümkün deyil" ifadələrini işlədib.
Mənbə: Reuters