Aİ Gürcüstanın Avropaya inteqrasiyasını dayandırdığını elan etdi


Xarici agentlər haqqında qalmaqallı qanunun qəbulundan sonra Gürcüstanın Avropaya inteqrasiyası faktiki olaraq dayanıb.


AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) respublikadakı səfiri Pavel Qerçinski deyib.

"Biz Ukrayna və Moldova ilə irəliləyərkən Gürcüstanın Aİ-yə inteqrasiyasının praktiki olaraq dayandırıldığını, dondurulduğunu görmək çox təəssüf doğurur" - deyə səfir bildirib.

Diplomatın sözlərinə görə, Avropa İttifaqına inteqrasiya iştirakçı ölkələrin yekdilliyini tələb edir, bəzi dövlətlər isə xarici agentlər haqqında qanunun qüvvədə qaldığı bir vaxtda Tiflislə danışıqlara hazır deyil.

Mayın 14-də Gürcüstan parlamenti sözügedən qanunu üçüncü oxunuşda qəbul edib. Sənəddə gəlirlərinin 20 faizindən çoxu xaricdən gələn qeyri-kommersiya təşkilatları və KİV-lərin ayrıca reyestrdə qeydiyyata alınması tələb olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu