Putin Vyetnamda yüksək vəzifəli şəxslərlə görüşüb


Rusiya prezidenti Vladimir Putin Vyetnama səfəri çərçivəsində yüksək səviyyəli rəsmilərlə görüşüb.



Kreml Sarayından verilən açıqlamaya görə, Putin paytaxt Hanoyda Vyetnam Baş naziri Pham Minh Chinh, Kommunist Partiyasının (VKP) baş katibi Nguyen Phu Trong və parlament sədri Tran Thanh Man ilə ayrı-ayrılıqda görüşüb.

Putin Vyetnam prezidenti To Lam və rus məktəblərində şagirdlərlə də görüşüb.

Putin Vyetnam Demokratik Respublikasının ilk prezidenti, müstəqillik hərəkatının lideri Ho Şi Minin məqbərəsini ziyarət edib.

Qeyd edək ki, Putinin Vyetnama səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı 15 sənəd imzalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu