BMT: Qəzzada 10 mindən çox qadın, 6 mindən çox ana həyatını itirib


Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadın Birliyi Fələstin Ofisi Xüsusi Nümayəndəsi Maryse Quymond, "Qəzzada görüşdüyüm hər qadının bir itki hekayəsi var. 10 mindən çox qadın və 6 mindən çox ana həyatını itirib" deyib.



Quymond və BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Yens Laerke BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr aparıblar.

Qəzzada bir həftəlik missiyasını bu yaxınlarda başa vurduğunu qeyd edən Quymond, orada özünü dağıdılmış bir dünyada tələyə düşmüş kimi hiss etdiyini söyləyib.

Quymond, "Qəzza zolağında evlər, xəstəxanalar, məktəblər və universitetlər dağıdılıb. Şəhərin ortasına doğru hərəkət etdikdə insanların aclıq içində sıxışdırıldığını və müvəqqəti çadırlarda yaşadığını görürsən" ifadələrini işlədib.

Qəzzada 1 milyondan çox insanın evindən didərgin düşdüyünü xatırladan Quymond, əsas xidmətlərdən istifadə edə bilməyən bu insanlar üçün təhlükəsiz yer olmadığını qeyd edib.

Guimond, təxminən doqquz ay davam edən müharibədən sonra xalqın demək olar ki, tamamilə ərzaq təhlükəsizliyi, sığınacaq, səhiyyə və dolanışıq imkanlarından məhrum olduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu