ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb


ABŞ-ın Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.


AFN.az TASS-a istinadən xəbər verir ki, ona Sevastopoldakı terror aktına görə nota verilib. Bu barədə Rusiya diplomatik xidməti məlumat yayıb. "İyunun 24-də Rusiya Xarici İşlər Nazirliyində ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri Treysi ilə söhbət zamanı ona Kiyevin yeni qanlı cinayəti ilə bağlı nota verilib. Vaşinqtonun himayə etdiyi və silahlandırdığı rejim Sevastopolun mülki əhalisinə raket zərbəsi endirib”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib.

Açıqlamada qeyd edilib ki, Rusiya Federasiyasına qarşı hibrid müharibə aparan ABŞ əslində Ukrayna Silahlı Qüvvələrini ən müasir silahlarla təchiz etməklə münaqişə tərəfinə çevrilib. "Bura Sevastopol sakinlərinə qarşı istifadə edilən kaset başlıqlı ATACMS raketləri daxildir. Onların hədəflənməsi və uçuş missiyalarının daxil edilməsi ABŞ hərbi mütəxəssisləri tərəfindən həyata keçirilir. Onlar bu vəhşiliyə görə Kiyevlə bərabər məsuliyyət daşıyırlar" - bəyanatda vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu