Husilər: İsrail gəmisini vurduq


Yəməndə İranın dəstəklədiyi husilər Ərəb dənizində İsrail gəmisini ballistik raketlə vurduqlarını açıqlayıblar.



Husilərin hərbi sözçüsü Yəhya Seri verdiyi açıqlamada İsrailin "MSC SARAH V" adlı gəmisinə hücum etdiklərini bildirib.

Gəmiyə hücumun Ərəbistan dənizində baş verdiyini bildirən Seri hücumu yeni inkişaf etdirdikləri raketlə həyata keçirdiklərini diqqətə çatdırıb.

Seri, İsrailin Qəzzaya hücumlarını dayandıracağı və Qəzza zolağının blokadasının götürüləcəyi təqdirdə fəaliyyətlərinə son qoyacaqlarına diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu