Keniyada vergi artımına qarşı nümayiş keçirilib
Keniyada vergi artımına qarşı nümayişlər intensivləşib.
Keniyada vergi artımını nəzərdə tutan “2024-cü il Maliyyə Qanunu”na qarşı çıxan nümayişçilər ölkənin müxtəlif şəhərlərində nümayişlər keçirib.
Paytaxt Nayrobidə toplaşan etirazçılar parlament binasına doğru yürüş ediblər. Keniyanın təhlükəsizlik qüvvələri nümayişçilərə müdaxilə edib.
Mənbə: AA