NATO Ukraynaya yeni yardım strukturu üzərində işləyir


ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Julianne Smit təsdiqləyib ki, alyans ölkələri alyansa dəvətə alternativ olacaq Ukraynaya yardımın əlaqələndirilməsi üçün yeni strukturun yaradılması üzərində işləyirlər.


“Bəli, biz NATO-nun mənzil-qərargahında yeni təşəbbüs üzərində işləyirik ki, bu, NATO-ya Ukraynaya gələn bütün yardımları koordinasiya etməyə, eləcə də bir çox NATO ölkələrinin son aylarda fərdi şəkildə həyata keçirdiyi təlim prosesini əlaqələndirməyə imkan verəcək” - deyə o, "The Washington Post"a müsahibəsində deyib. Smit izah edib ki, alyans bununla Ukraynanın üzvlüyünə “körpü yaratmağa” çalışır.

ABŞ-ın daimi nümayəndəsi bu təklifin iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitində irəli sürüləcəyinə aydınlıq gətirib.

Bundan əvvəl “The New York Times” yazıb ki, NATO Vaşinqtonda keçiriləcək sammitdə Ukraynaya alyansa qoşulma zəmanəti vermək əvəzinə, Visbadendə Kiyevə kömək edəcək yeni struktur yaratmağa qərar verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu