Rusiya: Ukrayna kəşfiyyatının Rusiya döyüş təyyarəsini qaçırmaq cəhdinin qarşısı alınıb


Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna kəşfiyyatının Rusiyanın “Ту-22М3” qırıcı təyyarəsini qaçırmaq cəhdinin qarşısı alındığını bildirib.


FSB-nin mətbuat xidmətindən verilən açıqlamada, “FSB Ukrayna xüsusi xidmətinin Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Ту-22М3” tipli uzaqmənzilli strateji bombardmançı təyyarəni qaçırmaq üzrə əməliyyatının qarşısını alıb” ifadəsi işlədilib.

Sözügedən əməliyyatın hazırlıq prosesində NATO ölkələrinin kəşfiyyatının iştirak etdiyi iddia edilən açıqlamada “Ukrayna kəşfiyyatı pul müqabilində pilotdan təyyarəni Ukrayna ərazisinə endirməsini istəyib” deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu