Napoleonun silahları hərracda satılıb


Napoleon Bonapartın özünü öldürmək üçün istifadə etdiyi silahlar hərracda 1,69 milyon avroya satılıb.



Fransız silah ustası Lui-Marin Qosset tərəfindən hazırlanmış və Napoleon Bonaparta məxsus silahlar hərraca çıxarılıb. Napoleonun 1814-cü ildə intihara cəhd etdiyi Fontainebleau sarayının yaxınlığındakı Osenat Hərrac Evində dünən keçirilən hərracda silahlar 1,69 milyon avroya satılıb. Qızıl və gümüşlə bəzədilmiş silahların üzərində Napoleonun profili həkk olunub. Silahlar orijinal qutusu və müxtəlif aksesuarları, o cümlədən barıt qutusu ilə birlikdə hərracda satılıb.

Qeyd edək ki, noyabrda keçirilən hərracda Napoleona məxsus papaq 1,9 milyon avroya satılıb.





Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu