Rusiya məhkəməsi "Volkswagen"i 16,9 milyard rubl məbləğində cərimələyib


Rusiya məhkəməsi Rusiyanın "QAZ" şirkətinin iddiası əsasında Almaniyanın "Volkswagen" şirkətinə 16,9 milyard rubl, təxminən 193 milyon dollar təzminat cəzası kəsib.



Rusiyanın Nijni Novqorod şəhərində məhkəmədə keçirilən prosesdə "QAZ"ın "Volkswagenə" qarşı qaldırdığı iddiaya baxılıb.

"Volkswagen"in "GAZ"a maddi ziyan vurduğu qənaətinə gələn məhkəmə, Almaniya şirkətinə 16,9 milyard rubl təzminat cəzası kəsib.

"GAZ" "Volkswagen"i davam edən müqavilələrdə istehsal və hissələrin daşınması ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə və bəzi müqavilələrə birtərəfli qaydada xitam verməkdə ittiham edib.

Xatırladaq ki, "Volkswagen" 2023-cü ilin may ayında Rusiyadakı aktivlərini bir Rus şirkətinə sataraq ölkədən çıxdığını açıqlamışdı.

Qeyd edək ki, Rusiyanın ticarət naziri Anton Əlixanov dünən verdiyi açıqlamada "Volkswagen"in Kaluqadakı köhnə fabrikində kütləvi avtomobil istehsalına başlanıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu