COP29 vaxtı hansı məktəblər bağlanacaq? - AÇIQLAMA


"COP29-un keçirildiyi ərəfədə təkcə orta ümumtəhsil məktəblərdə deyil, həmçinin ali məktəblərdə də dərslər onlayın qaydada keçiriləcək".


Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert ali məktəblərin əksəriyyətinin metrostansiyaların yaxınlığında yerləşdiyini qeyd edib:

"Bu məktəblərin şəhərə hərəkət sıxlığının yaşatmaması üçündür. Tələbə sayı da çoxdur. Ona görə də noyabr ayında - COP29-un keçirildiyi dövrdə dərslər bir müddət onlayın təşkil olunacaq. Bu da hərəkət təhlükəsizliyinin təmin olunmsı, ölkəmizin ev sahibliyi etdiyi dünya əhəmiyyətli tədbirin daha rahat keçirlməsi xarakteri daşıyır".

Kamran Əsədov Nazirlər Kabinetinin mövcud qaydalarının qüvvədə olduğunu əlavə edib:

"Tədrisin onlayın qaydada təşkil edilməsi üçün mövcud qanunvericilik bazası var. Yəni bu heç də dərslərin bütün ilboyu onlayın qaydada keçirilməsi demək deyil. Yalnız tədbirin təşkil edildiyi müddətdə və eyni zamanda Bakı şəhərində COP29-la bağlı olan ərazilərdə dərslər onlayın keçiriləcək".

Kamran Əsədov onu da əlavə edib dərslərin onlayın rejimə keçməsi bütün ölkəyə şamil olunmayacaq:

"Yalnız Bakı şəhəri və COP29-a bağlı olan ərazilərdə hərəkət təhlkəsizliyini təmin etmək, şagirdlərin vaxtında təhlükəsiz təhsillə təmin olunması üçün bu proses həyata keçiriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu