Ukrayna əvvəlcədən planlaşdırıldığından daha az F-16 alacaq - Bloomberg


Ukrayna bu yay pilotların dil maneəsi və ehtiyat hissələrin çatdırılmasında mürəkkəb logistikaya görə daha az F-16 qırıcısı alacaq.


Bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb. Bəzi məlumatlara görə, Ukrayna planlaşdırılan 300 təyyarədən yalnız 15-24 təyyarəlik bir eskadron yarada biləcək. Başqa bir mənbə isə Kiyevin ilin sonuna kimi 20-yə yaxın döyüş təyyarəsini qəbul edə biləcəyini bildirib.

Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin baş əməkdaşı Cim Taunsend hesab edir ki, digər problem Rusiyanın uçuş-enmə zolaqlarını vura bilməsidir. "Bu aerodromlar "yaxşı" hədəflər yaradacaq və ruslar F-16-lar gələnə kimi artıq onlardan bəzilərini vurublar", - ekspert bildirib. O, həmçinin qeyd edib ki, münaqişənin hər iki tərəfi pilotsuz təyyarələrdən istifadəyə üstünlük verir və Rusiya öz hava hücumundan müdafiə sistemlərini gücləndirməyə nail olub: "Bu, Kiyevə çoxlu sayda təyyarə göndərilməsinin məqsədəuyğunluğunu bir daha sual altında qoyur".

Ukrayna rəsmisi vəziyyəti şərh edərək etiraf edib ki, pilotların hazırlanmasında və döyüş təyyarələrinə texniki qulluq üçün kadrların cəlb edilməsində gecikmələr var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu