Evan Gerşkoviç casusluq ittihamını yenə rədd edib


Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq ABŞ-a casusluqda ittiham edilən amerikalı jurnalist Evan Gerşkoviç növbəti dəfə casusluq ittihamlarını qəbul etməkdən imtina edib.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, o, məhkəmə prosesində irəli sürülən ittihamları rədd etdiyini bildirib.

Qeyd edək ki, Evan Gerşkoviç Amerikanın “Voll Strit Jurnal” qəzetinin əməkdaşıdır. O, 2017-ci ildən ingilisdilli “Moskva Tayms” qəzeti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Moskvada yaşamağa başlayıb. Evan Gerşkoviç 2023-cü ilin martında Yekaterinburqda saxlanıb. Ona casusluq maddəsi ilə ittiham irıli sürülüb. İddia təsdiqlənsə jurnalisti 20 ilə qədər həbs cəzası gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu