Kliçko: Ukraynada sülhlə bağlı referendum lazımdır


Kiyevin meri Vitali Kliçko hesab edir ki, Ukraynada sülhlə bağlı referendum keçirilməli və milli birlik hökuməti yaradılmalıdır.


“Yaxın aylar Vladimir Zelenski üçün son dərəcə çətin olacaq, o, ya yeni itkilər və dağıntılarla müharibəni davam etdirməli ya da Moskvanın təklif etdiyi ərazi kompromisini nəzərdən keçirməli olacaq. Minlərlə əsgərimizin həyatı bahasına başa gələn döyüşlər şəraitində Zelenski nə etsə də, siyasi intihar riski daşıyır”, - deyə Kliçko “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

O, həmçinin etiraf edib ki, vəziyyət xeyli dərəcədə müttəfiqlərin, əsasən də ABŞ administrasiyasının dəyişə biləcəyi köməyindən asılıdır.

“Zelenski bəlkə də referendum keçirməlidir, mən hesab etmirəm ki, xalqın razılığı olmadan belə ağrılı və vacib razılaşma əldə etmək mümkündür”.

V.Kliçkonun fikrincə, variantlardan biri 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının hücumundan sonra İsrailin atdığı addımdan nümunə götürərək milli birlik hökumətinin yaradılmasıdır. “Amma mən əmin deyiləm ki, Zelenski hərbi vəziyyət qanunları ilə təmin olunan, əlində cəmlənmiş hakimiyyətdən imtina etməyə hazırdır”, - deyə Kiyev meri əlavə edib. O hesab edir ki, Ali Rada praktiki olaraq əhəmiyyətini itirməsinə baxmayaraq, Zelenski öz kabinetində həddən artıq səlahiyyət cəmləyib. Bununla belə, Kliçko qeyd edib ki, indi heç kim seçki keçirmək istəmir və bu, yalnız ölkənin parçalanmasına və zəifləməsinə gətirib çıxaracaq.

Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyət müddəti mayın 21-də başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu