Bella Hadid antisemitizm iddialarına görə "Adidas"ı məhkəməyə verir

Fələstin-Hollandiya əsilli amerikalı supermodel Bella Hadid antisemitizm ittihamlarına görə "Adidas" brendini məhkəməyə vermək qərarına gəlib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, iddiaya səbəb markanın İsrail-Fələstin münaqişəsinin baş verdiyi 1972-ci ildə Münhen Olimpiadası üçün yaradılmış "SL Super Light 72" idman ayaqqabısının reklamını silməsi olub.
İsrail hökumətinin X-dəki rəsmi hesabı ailəsi Fələstin tərəfdarı olan Bella Hadidi seçdiyi üçün "Adidas"ı tənqid edib. Bundan başqa, Amerika Yəhudi Komitəsi də şirkətdən şikayət edib. Bundan sonra brend üzr istəyib və modelin olduğu reklamı sosial şəbəkələrdən yığışdırıb.
Məşhurun özü "Adidas"ın açıqlamalarına heç bir reaksiya verməsə də, onu ailəsi baş verənlərə görə çoxlu nifrətlə üzləşdiklərini bildirib. "Adidas" brendi daha sonra səfirdən “mənfi təsirə” görə rəsmi üzr istəyib.
Hadidin sözlərinə görə, "Adidas" rəhbərliyi qəddar və dağıdıcı kampaniyaya başlayıb, həmçinin onu qəsdən qalmaqala cəlb edib. Bu səbəbdən o, məhkəməyə müraciət edib. Lakin model hələ də "Adidas"la müqaviləsini ləğv etməyib.
Bella Hadid Fələstin tərəfdarı mövqeyi ilə tanınır, mütəmadi olaraq İsrailin müstəmləkəçiliyi, etnik təmizləmə, hərbi işğal və Fələstin xalqına qarşı uzun illər davam edən aparteid haqqında paylaşımlar edir.