Bayden çəkilmə qərarını komandasına elan etməzdən 1 dəqiqə əvvəl deyib


ABŞ prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədlikdən imtina qərarını açıqlamadan 1 dəqiqə əvvəl komandasına deyib.


Baydenin namizədlikdən geri çəkilmə qərarını yerli vaxtla saat 13.46-da ictimaiyyətlə bölüşərkən, bu qərarı saat 13.45-də komandasına dediyi bildirilib.

Baydenə ən yaxın adlardan biri kimi tanınan Delaver ştatından senator Kris Coons "Associated Press"ə verdiyi açıqlamada onun ölkəsi üçün ən yaxşısı olan şeylə mübarizə apardığını və geri çəkilməyə qərar verdiyini söyləyib.

Qeyd edək ki, Bayden vitse-prezident Kamala Harrisi namizəd kimi təsdiqlədiyini və dəstəklədiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu