Sinqapurda dronla uçuran turist 12 min dollar cərimələnib


Sinqapurda çinli turist Marina Bayın şəklini çəkmək üçün pilotsuz uçan aparat işə salıb və bunun üçün 12 min dollar cərimə edilib.



Bu barədə “The Straits Times” yazıb.

Qeyd olunur ki, 68 yaşlı təqaüdçü həyat yoldaşı ilə birlikdə iyunun 25-də bir neçə günlük Sinqapura gəlib. İlk gün kişi dronunu iki dəfə körfəzin üzərinə qaldırıb və 148 m hündürlükdən 38 şəkil çəkib. Dron Mülki Aviasiya İdarəsi tərəfindən aşkar edilib və polis çağırılıb.

Nəşr qeyd edib ki, 2024-cü ilin mart ayından Marina Barraj bəndi qorunan ərazi elan edilib, ona görə də ərazidə 60 m-dən çox hündürlükdə rekreasiya məqsədləri üçün pilotsuz vasitələrdən istifadə etmək üçün icazə alınmalıdır. Eyni zamanda turist öz cihazını qeydiyyatdan keçirib və dronların fəaliyyətinin tənzimləndiyini bilib. Kişi məhkəmədə özünü müdafiə edərək izah edib ki, o, bəndin ərazisində müvafiq qadağa ilə bağlı heç bir işarə görməyib.

Nəticədə bir ay sonra, iyulun 25-də təqaüdçü 12 min dollar cərimə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu