Blinken Hizbullahın Qolana raket zərbəsi endirdiyini açıqlayıb


ABŞ dövlət katibi Antoni Blinken Hizbullahın Qolan təpələrinə raket zərbəsi endirdiyini açıqlayıb.


AFN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, sözügedən raketlərin Məcdəl Şəms kəndini vurduğu ehtimal edilir.

İyulun 28-də ABŞ kəşfiyyatı Qolana zərbənin məqsədinə şübhə ilə yanaşıb. Kəşfiyyat rəsmiləri şəhərə hücumun arxasında Livanın şiə Hizbullah qruplaşmasının dayandığına əminlik ifadə ediblər.

Lakin onların fikrincə, bu hücumun xarakteri suallar doğurur. "Associated Press"in məlumatına görə, kəşfiyyat qrupunun həmin hədəfi vurmaq niyyətində olub-olmaması və ya səhv hədəfi vurub-vurmaması aydın deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu