"Zeekr" Çindən kənarda maşınlarını bloklamağa başlayıb


Çinin avtomobil istehsalçısı "Zeekr" Çindən kənarda avtomobilləri bloklamağa başlayıb.


Bu barədə bazar günü "Rozetked" portalı məlumat yayıb. Nəşrin məlumatına görə, şirkət bort sisteminin mərkəzi ekranını və əlaqədar idarəetmə funksiyalarını əlçatmaz edən proqram təminatını bloklayır. Baş verənlər bu ilin 15 iyulundan sonra Çin bazarı üçün istehsal edilən avtomobillərə də təsir edib.

Şirkət aydınlaşdırıb ki, birinci mərhələ istifadəçilərin avtomobili başqa ölkələrdə istifadə etdikləri təqdirdə alacaqları xəbərdarlıq olacaq. "Buna məhəl qoymasanız, ekran işləməyini dayandıracaq" - deyə "Zeekr"in açıqlamasında bildirilir.

Şirkət bu yanaşmanın zəruriliyini rəsmi paylama kanallarını dəstəkləmək istəyi ilə izah edib. Avtomobil Çinə qaytarılarsa, ekran fəaliyyətini bərpa edəcək.

Çin istehsalçısı iyunun 30-dan etibarən öz elektrik avtomobillərinin Rusiyada satışını qadağan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu