Çin şirkəti avtomobillərinin Rusiyada satışını qadağan etdi


Çinin “Zeekr” şirkəti Rusiyada öz elektromobillərinin satışını qadağan edib.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya şirkətləri ilə əməkdaşlıq edən Çindən olan avtomobil dilerləri istehsalçıdan müvafiq rəsmi məktub alıblar.

Sənəddə bildirilir ki, Rusiya Federasiyasında premium markalı avtomobillərin satışına qoyulan qadağa iyunun 30-dan qüvvəyə minəcək. Qadağanın səbəbi barədə detallar açıqlanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu