Polşa Ukraynaya sursat almaq üçün 50 milyon avro ayırıb


Polşa Çexiyanın Ukrayna üçün artilleriya sursatlarının alınması təşəbbüsünə töhfə olaraq 50 milyon avro ayırıb.


AFN.az xəbər verir ki, bunu yerli “Visegrad Insight” jurnalına müsahibəsində respublikanın xarici işlər naziri Radoslav Sikorski deyib.

"Biz 50 milyon avro ayırdığımız Çexiyanın silah-sursat təşəbbüsünü yüksək qiymətləndiririk" - deyə Polşa diplomatiyasının rəhbəri qeyd edib.

O, nəşrin jurnalistinin Varşavanın vəd etdiyi vəsaiti Praqanın nə vaxt alacağı sualına cavab verməyib.

Çexiya prezidenti Petr Pavel fevralın 17-də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, vəsait mövcud olduğu təqdirdə respublika üçüncü ölkələrdə Ukrayna Silahlı Qüvvələri üçün yüz minlərlə artilleriya mərmisi almaq imkanı əldə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu