Hidayət Heydərov ipponla yarımfinalda - YENİLƏNİB


Hidayət Heydərov Olimpiadada 1/4 final görüşünə çıxıb.


O, kanadalı Artur Margelidonla qarşılaşıb. İdmançımız bu görüşdə ipponla qalib gəlib. O, bu mərhələdə Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq.


***

Hidayət Heydərovun 1/4 finaldakı rəqibi müəyyənləşib.


İdmançımız bu mərhələdə kanadalı Artur Margelidonla qarşılaşacaq.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.


O, 1/8 finalda israilli Tohar Butbulla üz-üzə gəlib.

H.Heydərov rəqibini məğlub edərək 1/4 finala adlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu