Milli Seçki Şurası seçki sertifikatını Maduroya təqdim edib
Venesuela Milli Seçki Şurası (CNE) iyulun 28-də keçirilən prezident seçkilərində qalib gələn Nikolas Maduroya seçki sertifikatını təqdim edib.
CNE-nin paytaxt Karakasdakı qərargahında keçirilən mərasimdə Maduro, beynəlxalq müşahidəçilər və hərbi komandanlıq iştirak edib.
Seçkilərdə qalib gələn Maduroya CNE-nin prezidenti Elvis Amoroso tərəfindən seçilmə sertifikatı təqdim edilib.
Amoroso buradakı çıxışında bütün maneələrə baxmayaraq, seçkiləri uğurla idarə etdiklərini bildirib.
Beynəlxalq müşahidəçilərə təşəkkür edən Amoroso, "Prezident səslərin əksəriyyətini alaraq xalqın iradəsi ilə seçildi. Seçkilərin dinc və təhlükəsiz keçirilməsini təmin etdikləri üçün milli silahlı qüvvələrə təşəkkür edirik" deyib.