Elnur Allahverdiyevin YAP-ın siyahısında olmamasının İLGİNC SƏBƏBİ


Biznesmen deputat, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyevin sentyabrın 1-də keçiriləcək parlament seçkilərində namizədliyini verməməsi maraqla qarşılanıb.


VI çağırış Milli Məclisdə 17 saylı Yasamal üçüncü seçki dairəsini təmsil edən E.Allahverdiyevin adı hakim partiyanın siyahısında açıqlanmayıb. AFN.az-a məlumat verən mənbənin sözlərinə görə, növbədənkənar parlament seçkiləri elan edildikdən sonra E.Allahverdiyevin nümayəndələri müvafiq seçki dairəsinə yaxınlaşaraq lazım olan sənədləri götürüblər: “Lakin YAP-ın siyahısında adı açıqlanmayan Elnur Allahvediyev namizədliyini bitərəf kimi də verməyib. Bəzi məlumatlara görə, o, vəzifəyə gedəcək. Hansı vəzifəyə gedəcəyi ilə bağlı dəqiq bilgimiz olmasa da, onun prezidentin köməkçilərindən biri ilə çox yaxın, dost münasibətlərinin olduğu bildirilir. Məhz o xəttlə də vəzifəyə gedəcəyi deyilir”.
Qeyd edək ki, E.Allahverdiyev deputat olana qədər də yüksək vəzifələrdə çalışıb. Belə ki, o, 2014–2019-cu illərdə Sloveniya Respublikasının Azərbaycan Respublikasında fəxri konsulu, 2017–2020-ci illərdə Heydər Əliyev Mərkəzi direktorunun müşaviri olub. 2018-ci ildən “Azercell” Şirkəti Müşahidə Şurasının sədridir.
Milli Məclisin saytındakı tərcümeyi-halında göstərilir ki, E.Allahverdiyev 2001–2020-ci illərdə “ABCTelecom” (“Kontakt Home”) MMC-nin baş direktoru vəzifəsində çalışıb. Mediada onun deputatlıq dönəmində də biznesi idarə etməsilə bağlı kifayət qədər məlumatlar var.

Mövzu ilə bağlı E.Allahverdiyevin mövqeyini almaq istəsək də, cəhdlərimiz boşa çıxdı. Onun telefonuna etdiyimiz zənglərə cavab ala bilmədik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu