KİV: Estoniya Qərb hərbi texnikasının ötürülməsi üçün körpüləri və yolları yenidən qurur


Estoniyanın Nəqliyyat Departamenti NATO avadanlığının çatdırılması üçün yol infrastrukturunun yenidən qurulması üzrə iki layihə həyata keçirir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, ölkənin yol infrastrukturu ağır Qərb texnikasını daşımaq üçün nəzərdə tutulmayıb və körpülər kifayət qədər yükgötürmə qabiliyyətinə malik deyil. Bununla əlaqədar Estoniya höküməti Tallin dairəvi yolunda Kanama viyadükünün və Tallin-Parnu avtomobil yolunun 13 kilometrlik hissəsinin yenidən qurulmasına başlayıb. Portal qeyd edir ki, layihələrin dəyəri müvafiq olaraq 14 milyon avro və 82 milyon avro təşkil edir, maliyyənin 50%-i Aİ tərəfindən hərbi mobillik fondundan təmin edilir.

“Yeni yolların təmiri və inkişafı bizə daha çox çeviklik verir, bura müttəfiqləri gətirmək üçün daha çox resursumuz olacaq, bu mənada biz daha çevik ola biləcəyik" - deyə Estoniya Müdafiə Qüvvələrinin maddi-texniki təminat xidmətinə Erki Soo bildrib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu