KİV: İsrail ABŞ-a Haniyənin ölümünə görə məsuliyyət daşıdığını bildirib


İsrail Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə məsuliyyəti ABŞ-a gizli şəkildə etiraf edib.


AFN.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Haniyənin ölümündən dərhal sonra yəhudi dövləti ABŞ rəhbərliyinə qətlə görə məsuliyyətin onun üzərinə düşdüyünü bildirib. Nəşr qeyd edir ki, Amerika səlahiyyətliləri bu xəbəri Qəzza zolağında atəşkəsin təmin edilməsinə yönəlmiş aylarla davam edən səylərin pozulması kimi qiymətləndirərək təəccüb və qəzəblə qəbul ediblər.

Dövlət katibi Entoni Blinken çərşənbə günü bildirib ki, Birləşmiş Ştatlar və müttəfiqləri İsrail və İrana aydın siqnal göndəriblər: "Heç biri gərginliyi daha da artırmamalıdır. ABŞ-ın yəhudi dövlətinin təhlükəsizliyini təmin etmək öhdəliyi sarsılmaz olaraq qalır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu